Fəhlə yük maşınının təkərinin altında qalaraq ölüb

Fəhlə yük maşınının təkərinin altında qalaraq ölüb
  03 Noyabr 2021    Oxunub:1310
Noyabrın 2-si saat 02 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 1986-cı il təvəllüdlü Cəmaləddin Zeynalovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ Rayon Prokurorluğundan AzVision.az -a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Cəmaləddin Zeynalov işlədiyi daş karxanasında hərəkətdə olan “Kamaz” markalı avtomobilin yük yerindən ehtiyatsızlıqdan yerə yıxılaraq təkər altında qalması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

AzVision.az


Teqlər: Fəhlə  





Xəbər lenti