Avro-4 standartları dəyişdirildi

Avro-4 standartları dəyişdirildi
  28 Mart 2014    Oxunub:2029
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartına dəyişiklik edilib.
Komitədən AzVision.az-a verilən məlumata görə, dəyişikliyin tətbiq vaxtı 1 aprel 2014-cü il tarixdən müəyyən edilib. Əmrə əsasən, avtomobilllərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ dəyişiklik edilib.

Xatırladaq ki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Qərarına əsasən 1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələlərindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq ediləcək. 1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikasına idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların Avro-4 ekoloji normalara uyğun olması əsas götürüləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti