Energetika naziri: “Qarabağda “yaşıl enerji”yə dair konsepsiya demək olar, hazırdır”

      Energetika naziri:    “Qarabağda “yaşıl enerji”yə dair konsepsiya demək olar, hazırdır”
  05 Noyabr 2021    Oxunub:1813
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının tətbiqi üzrə konsepsiya demək olar ki, hazırdır”.
AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib. Onun sözlərinə görə, sənəd hazırda hökumətdə razılaşdırma mərhələsindədir:

"Bildiyiniz kimi, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını “yaşıl enerji” zonaları elan edib. Bununla bağlı dövlət başçısının Energetika Nazirliyinə tapşırığı olub. Həmin konsepsiya imkan verəcək ki, biz bölgədə elektrik enerjisi istehsalını bərpa olunan enerji mənbələri hesabına həyata keçirək, eyni zamanda, istehlakçılarla bağlı da yüksək texnologiyalar, “yaşıl texnologiyalar” tətbiq edək".

Aytən Zəhra
AzVision.az



Teqlər: Qarabağ   Zəngəzur  





Xəbər lenti