Büdcə kəsirinin yuxarı həddi 3 milyard manatdır

Büdcə kəsirinin yuxarı həddi 3 milyard manatdır
  06 Noyabr 2021    Oxunub:1422
2022-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 63 milyon manat məbləğində nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bu, “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 3,5 faiz təşkil edəcək ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 0,3 faiz-bənd azdır.

Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar (114 milyon manat), daxili və xarici borclanma (1693 milyon manat), 2022-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı (1256 milyon manat) hesabına həyata keçiriləcək.

AzVision.az


Teqlər: Büdcə  





Xəbər lenti