Kriptovalyuta bazarının kapitallaşması 3 trilyon dolları keçib

   Kriptovalyuta bazarının kapitallaşması 3 trilyon dolları keçib
  08 Noyabr 2021    Oxunub:1629
Qlobal kriptovalyuta bazarının kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını keçib.
AzVision.az "Bloomberg"ə istinadən xəbər verir ki, son dörd gündə kriptovalyutaların bazar dəyəri 5,6 % artıb. Məlumata görə, kriptovalyuta bazarının kapitallaşması “Ether” və “Bitkoin”in dəyərinin artması fonunda gedir. “Bitkoin”in qiyməti son sutkada artaraq 67 000 ABŞ dollarına çatıb,

“Ether” isə öz növbəsindı 3 % bahalaşıb. Nəticədə bazarın həcmi artmaqda davam edir və artıq təxminən 3,3 milyard dollar təşkil edir.

Eyni zamanda kriptovalyuta bazarı mütəmadi olaraq dəyişkənlik nümayiş etdirir. Bundan əvvəl, müntəzəm qeydlərdən sonra “Bitkoin” dəfələrlə dəyərini əhəmiyyətli dərəcədə itirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: kriptovalyuta  





Xəbər lenti