Yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilə bilər

Yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilə bilər
  10 Noyabr 2021    Oxunub:863
“Ehtiyac meyarı və yaşayış minimumu arasında fərqin minimuma çatdırılması üçün işlər gedir”.
AzVision.az -ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, 2022-ci il üçün bu fərq cəmi 10 manatdır: "Nazirlik olaraq hədəfimiz, niyyətimiz və təklifimiz 2023-cü ildə bu rəqəmlərin bərabərləşdirilməsi ilə bağlı olacaq. Yekunda hökumətin qərarı olacaq. Qərar nə olsa, biz də onu müdafiə edəcəyik”.

AzVision.az


Teqlər: Əhali   Meyar  





Xəbər lenti