Hüquq-mühafizə orqanları əməkdaşlarının da maaşları artırılacaq

   Hüquq-mühafizə orqanları əməkdaşlarının da maaşları artırılacaq
  11 Noyabr 2021    Oxunub:1380
“Dövlət başçısının tapşırığı əsasında əməkhaqqını artırılması ilə bağlı təkliflər hazırlanıb”.
AzVision.az -ın məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

“Hesab edirəm ki, bunlar hüquq-mühafizə orqanlarında çalışanlara da aid ediləcək”, - nazir vurğulayıb.

Qeyd edək ki, müzakirələr zamanı deputatlar polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının maaşlarının artırılmasını təklfi edib.

AzVision.az



Teqlər: Maaş  





Xəbər lenti