Strateji boru kəmərlərinin mühafizəsi müzakirə olundu
Görüşdə departamentdə 2013-cü ildə baş vermiş dəyişikliklər, rabitə sistemində həyata keçirilən texniki yeniliklər barədə tanışlıq xarakteri daşıyan təqdimatlar keçirilib. Qonaqlara, həmçinin innovasiyalı rəqəmli aparatların fəaliyyət xüsusiyyətləri və departamentin bölgə xidmətlərində aparılan mühüm dəyişikliklər barədə məlumat verildi.
Daxili İşlər Nazirliyi Xüsusi və Fövqəladə Hallar Mərkəzinin strateji boru kəmərlərinin mühafizəsi departamentinin rəisi Zaza Pansulaia Azərbaycan nümayəndə heyəti ilə görüşün səmərəli olduğunu bildirib. Onun söylədiklərinə görə, görüşdə müvafiq sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı çox faydalı fikir mübadiləsi aparılıb.
Teqlər: