`Samsung` ağıllı telefondan ağıllı lampaya keçdi

`Samsung` ağıllı telefondan ağıllı lampaya keçdi
  29 Mart 2014    Oxunub:1492
“Samsung” şirkəti uzaq məsafədən idarə olunan “ağıllı” lampa təqdim etdi. Sadəcə bir ədədi 30 dollara olan lampanı kim alacaq?
“Samsung” şirkəti “Bluetooth” vasitəsilə uzaq məsafədən idarə olunan “Smart Bulb” adlı smart lampa təqdim edib. Xatırladaq ki, “LG” və “Philips” şirkətləri, həmçinin smart lampalar istehsal edir. Lampa xüsusi mobil tətbiq vasitəsilə bir otaqda və ya bütün evdə işıqlandırmanı idarə etməyə imkan verir.

Bildirilir ki, “Smart Bulb”un sahibi tətbiq vasitəsilə 10-100 faiz nominal güc diapazonunda lampanın işıqlanma parlaqlığını tənzimləmək, həmçinin işığın rəng temperaturunu dəyişdirə bilər. “Ağıllı” lampanın qiyməti 30 dollar təşkil edəcək.


Teqlər:





Xəbər lenti