Yaponiya strateji neft ehtiyatlarının 4,2 milyon barelini satacaq

   Yaponiya strateji neft ehtiyatlarının 4,2 milyon barelini satacaq
  24 Noyabr 2021    Oxunub:1283
Yaponiya hökuməti “qara qızıl”ın qiymətinin sabitləşməsi üçün strateji neft ehtiyatlarından təxminən 4,2 milyon barelini satmaq niyyətindədir.

AzVision.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb. Satış üçün tender ilin sonuna qədər baş tutacaq və çatdırılma özü gələn ilin mart ayına kimi həyata keçiriləcək.
Satılması gözlənilən həcm Yaponiyanın ehtiyaclarını bir-iki gün ərzində ödəyir. Eyni zamanda, zərurət yaranarsa, Tokio öz ehtiyatlarından əlavə profisitləri bazara çıxara bilər.

Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, sentyabrın sonunda ölkədəki on dövlət və özəl anbarda 74,25 milyon kilolitr neft (467 milyon barel - Red) olub. Onlar 235 gün ölkənin tələbatını ödəyə bilər. Beləliklə, Yaponiyanın gündəlik neft ehtiyatı təxminən 1,95 milyon bareldir.

İlkin nəcəfzadə
AzVision.az


Teqlər: Neft  





Xəbər lenti