Qaxa yarım metr qar yağıb - Nazirlik

Qaxa yarım metr qar yağıb - Nazirlik
  31 Mart 2014    Oxunub:1273
Ekologiya və Təbii Sərvətlər Nazirliyi dünənki hava ilə bağlı məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi martın 30-da ölkə ərazisində hava şəraiti kəskin dəyişilib, yağıntılı olub, sulu qar, qar yağıb. Bəzi rayonlarda intensiv olub, güclü şimal-qərb küləyi əsib.

Qar örtüyü əmələ gəlib, hündürlüyü Sarıbaşda (Qax) 42 sm, Xınalıqda 30 sm, Kişçayda 26 sm, Daşkəsən, Göygöldə 22 sm, Ordubadda 21 sm, Qubada 18 sm, Lerikdə 16 sm, Yardımlıda 14 sm, Rvarud (Lerik), Altıağacda 13 sm, Şəki, Kəlvəzdə 12 sm, Zaqatalada 11 sm, Naxçıvanda 10 sm, Ağdərədə 8 sm, Şahbuzda 6 sm, Qəbələdə 5 sm, İsmayıllıda 4 sm, Şərurda 3 sm, Biləsuvarda 2 sm, Salyan, Göytəpə, Bakıda 1 sm təşkil edib.

Havanın temperaturu martın 30-da iqlim normasından 6 dərəcə aşağı olub. Belə ki, temperatur Bakıda və Abşeron yarımadasında 1-4 dərəcə isti, Aran rayonlarında 0-6 dərəcə isti, dağlıq rayonlarda 3-10 dərəcə şaxta müşahidə olunub.

AzVision.az



Teqlər:  





Xəbər lenti