SOCAR-ın neft emalı zavodunda hidrogen istehsal olunacaq

SOCAR-ın neft emalı zavodunda hidrogen istehsal olunacaq
  29 Noyabr 2021    Oxunub:1314
Azərbaycanda 2022-ci ilin ortasında "Avro-5" dizel yanacağı, 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır.
AzVision.az -ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodunun Modernizasiya və yenidənqurma layihəsinin Baş direktorunun müavini Emil Alxaslı bildirib. Onun sözlərinə görə, layihənin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur.

E. Alxaslı bildirib ki, layihənin hazırkı mərhələsi üzrə ümumi irəliləyiş 85 %-dən yuxarıdır: "Növbəti addım olaraq digər köməkçi qurğuların - yeni hidrogen istehsalı qurğusu, hidrogen zənginləşdirmə qurğusu, turş suların təmizlənməsi qurğusu, kükürd istehsalı qurğusu, son olaraq dizelin hidrotəmizlənmə qurğusu işə salındıqdan sonra 2022-ci ilin ortalarında "Avro-5" dizelin istehsalına başlanılacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: SOCAR  





Xəbər lenti