ÜTT: Turistlərin sayı 75 faiz azalacaq

   ÜTT:   Turistlərin sayı 75 faiz azalacaq
  29 Noyabr 2021    Oxunub:1171
Cari ilin nəticələrinə əsasən, dünyada turizm sahəsinin gəlirləri COVID-19 pandemiyasından əvvəlki göstərici ilə müqayisədə bir trilyon dollar azala bilər.
AzVision.az xəbər verir ki, belə bir proqnozla BMT-nin Ümumdünya Turizm Təşkilatı çıxış edib. Qeyd olunub ki, 2021-ci ildə beynəlxalq turizmdən gələn gəlir 700-800 milyard dollara çata bilər. Bu, 2020-ci illə müqayisədə bir qədər yaxşı nəticə sayılsa da, 2019-cu ildə qeydə alınan 1,7 trilyon dollarlıq göstəricinin yarısından da azdır.

Ekspertlər, həmçinin hesab edirlər ki, xarici ölkələrə səfər edən turistlərin sayı pandemiyadan öncəki 2019-cu illə müqayisədə 70-75 faiz azalacaq.

2020-ci il bu sahədə statistikanın aparıldığı tarixdə turizm üçün ən pis dövr olub. Belə ki, ötən il xarici ölkələrə səfər edən turistlərin sayı bir milyard nəfər azalıb. 2019-cu ildə bu göstərici 1,5 milyard nəfərə çatırdı.

AzVision.az


Teqlər: Turizm  





Xəbər lenti