Türkiyə ilə sağlamlıq turizmi sahəsində əməkdaşlıq planlaşdırılır

 Türkiyə ilə sağlamlıq turizmi sahəsində əməkdaşlıq planlaşdırılır
  01 Dekabr 2021    Oxunub:1090
Türkiyə ilə turizm sahəsində əməkdaşlıq birtərəfli deyil, müxtəlif istiqamətlərdə qurulur. Türkiyədən Azərbaycana gəlmə turizmində əsas istiqamət biznes turizmi sahəsindədir. Bunu daha da genişləndirərək, dünyada geniş yayılmış, iş səfərinə gedərkən səfərin bir neçə gün artırılması və həmin ölkədə asudə vaxt keçirilməsi (“bleisure”) təbliğatı aparılması həyata keçiriləcək.
Bunu AzVision.az -a açıqlamasında Azərbaycan Turizm Bürosunun Avropa bazarı üzrə meneceri Xədicə Nəsirova deyib. O bildirib ki, tibb və sağlamlıq turizmi sahəsində də müəyyən əməkdaşlığın qurulması planlaşdırılır:

"Eyni zamanda, Türkiyədə turizm sahəsində aparıcı təşkilat və şirkətlərlə - Tükiyənin Turizm və Mədəniyyət Nazirliyi, Türkiyə Turizm və İnkişaf Agentliyi, TÜRSAB (Turkiyə Səyahət Agentlikləri Assosiasiyası), Türk Hava Yolları, aparıcı Onlayn səyahət Agentliyi və meta-axtarış platformaları və digərləri ilə əməkdaşlıq davam edir və genişlənəcək.  Prosesə artıq başlanılıb  Azərbaycan Turizm Bürosu və Dövlət Turizm Agentliyi indiyə kimi Türkiyədə bir neçə turizm sərgisində iştirak iştirak edib, pandemiya dövründə müxtəlif onlayn tədbirlər, vebinarlar, b2b formatlı tədbirlər həyata keçirilib".

Aytən Zəhra
AzVision.az


Teqlər: Turizm   Türkiyə  





Xəbər lenti