`Sony` `kağız` planşetini təqdim etdi

`Sony` `kağız` planşetini təqdim etdi
  02 Aprel 2014    Oxunub:1337
“Sony” şirkəti “elektron kağız” əsasında planşet hazırlayıb. “Sony” şirkəti “elektron kağız” texnologiyası əsasında hazırlanan nazik planşetini təqdim edib. Yeni qurğunun qalınlığı 7 millimetrdir, diaqonalı isə A4 ofis kağız vərəqi ölçüsündədir. “Sony Digital Paper” “E-ink” texnologiyasına əsaslanır, istifadəçilərə sənədləri oxumağa və qeydlər etməyə icazə verir.

Bu halda planşet az enerji sərf edir, şarj topladıqdan sonra üç həftəyədək işləyə bilər. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bundan başqa, qurğunun ekranı həm qaranlıq, həm də işıqda eyni cür göstərir.

Bildirilir ki, qurğu satışa may ayında çıxarılacaq və qiyməti 1100 dollar olacaq. Qeyd edək ki, “Digital Paper” “Sony” şirkəti ilə əməkdaşlıq çərçivəsində E-ink texnologiyası əsasında hazırlanmış birinci kütləvi kommersiya planşetidir.

“Sony” şirkətindən bildirmişlər ki, planşetin ekranının təsvir ölçüsü 1200x1600 piksel təşkil edir və bu, “FullHD” videonun göstərilməsi üçün kifayət deyil, lakin mətn, qrafik və fotoşəkillərin dərc edilməsi üçün kifayətdir.

Planşet “Adobe PDF” formatını dəstəkləyir və yalnız sənədləri açmaq deyil, həm də saxlamaq mümkündür. Başqa formatlarda olan sənədlər ilk öncə PDF formatına çevrilir, daha sonra göstərilir.

Daxili yaddaşın həcmi 4 qiqabayt təşkil edir, SD yaddaş kartları hesabına onu artırmaq olar.


Teqlər:





Xəbər lenti