Goranboyda sahibkarlar üçün treninq keçirildi
Nazirliyin mətbuat xidmətindən AzVision.az –a verilən məlumata görə, tədbir Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmişdir.
Treninq iştirakçılarına biznes ideyanın yaradılması və biznes planların tərtib edilməsi, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik və s. barədə məlumatlar verilib.
Tədbir çərçivəsində "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzularında təqdimatlar keçirilib.
Bundan başqa, tədbir iştirakçıları İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə məlumatlandırılıblar.
Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.
Teqlər: