NATO-dan Gürcüstana zərbə

NATO-dan Gürcüstana zərbə
  03 Aprel 2014    Oxunub:1050
Gürcüstanın NATO-ya üzv olması barədə danışmaq hələ çox tezdir.
AzVision.az xarici mətbuata istinadın verdiyi xəbərə görə, bu barədə alyansın baş katibi Anders Foq Rasmussen NATO ölkələrinin xarici işlər nazirlərinin iclasında bəyan edib.

Rasmussen bu ilin iyun ayında NATO xarici işlər nazirlərinin Gürcüstan və digər ölkələrin alyansa üzv olması ilə bağlı prosesi növbəti dəfə nəzərdən keçirəcəyini deyib.

“Gürcüstandakı demokratiyanı dəstəkləyirik. Lakin bu ölkənin NATO-ya üzv olması barədə danışmaq hələ tezdir. NATO-nun sentyabrın 4-5-də Uelsdə keçiriləcək sammitində Gürcüstanın alyansa üzv olması istiqamətində atdığı addımları dəyərləndiriləcək. Onu deyə bilərəm ki, əməkdaşlıq etmək üçün geniş imkanlarımız var”, - deyə Rasmussen bildirib.

Baş katib Gürcüstandakı demokratik islahatları alqışlayıb və Gürcüstan hərbçilərinin NATO-nun hərbi əməliyyatlarında iştirak etdiyinə görə rəsmi Tiflisə təşəkkür edib.


Teqlər:





Xəbər lenti