İtən təyyarə barədə yeni iddia

İtən təyyarə barədə yeni iddia
  07 Aprel 2014    Oxunub:1284
Reys 370 Malayziyanın hərbi radarının ekranından itəndən sonra İndoneziyanın hava məkanı ərazisindən uçub
AzVision.az trend-ə istinadən verdiyi xəbərə görə, təxminən bir ay əvvəl itkin düşən Malaysia Airlines Boeing 777 təyyarəsi sonuncu uçuş zamanı bilərəkdən radarlardan yayına bilərdi. Bu barədə Malayziya hökumətindəki mənbə məlumat verib:

"Reys 370 Malayziyanın hərbi radarının ekranından itəndən sonra İndoneziyanın hava məkanı ərazisindən uçub. Təyyarə radiolokasiya stansiyaları tərəfindən aşkar olunmamaq üçün bilərəkdən belə marşrut seçə bilərdi".

Bu məlumatlar təyyarənin itməsi sirrini tapmağa çalışan ekspertlərin mülahizələrinə əsaslanır.

Xüsusilə, bir sıra ölkələrin radar məlumatlarının işlənməsindən sonra mütəxəssislər belə qənaətə gəliblər ki, itkin düşən təyyarə əvvəlcə İndoneziyanın şimal hissəsi ərazisində uçub, sonra isə cənuba Hind okeanına doğru dönüş edib.


Teqlər:  





Xəbər lenti