Çin amerika serverlərin alıb- dövlət sirrləri təhlükədədir
Qeyd edək ki, “Lenovo” və “IBM” dəyəri 2,3 milyard dollar təşkil edən saziş imzaladıqlarını bəyan ediblər. ABŞ istehsalçısı “86x” çiplər bazasında həllərin buraxılması üzrə server biznesini “Lenovo”ya satır. Həmçinin saziş çərçivəsində “IBM” müvafiq tərtibatların bir hissəsini də Çin şirkətinə təhvil verir.
“Bloomberg”in məlumatına görə, ABŞ məmurları “Lenovo” nümayəndələri ilə bir sıra görüşlər keçirərək saziş və serverlərin Çin şirkətinin nəzarətinə verilməsi ilə bağlı narahatlıqlarını bildirmək niyyətindədirlər. Qəzet qeyd edir ki, hazırda “IBM”-in server həllərindən Müdafiə Nazirliyi, Federal Ehtiyatlar Sistemi və digər qurumlar istifadə edir.
Ekspertlər bildirirlər ki, adətən belə görüşlər formal xarakter daşıyır, lakin bu dəfə ABŞ mətbuatı federal məmurların “Lenovo” ilə bağlanan sazişə olan marağına çox diqqət yetirir ki, bu da bir çox mətləblərdən xəbər verir.