Bakıda anti-nurçu əməliyyatı keçirilib?

Bakıda anti-nurçu əməliyyatı keçirilib?
  13 Aprel 2014    Oxunub:1243
Bu gün saat 22.00 radələrində Bakının Yasamal rayonunda "İnşaatçılar" metrosu olan ərazidə, Şərifzadə-Talıblı, Xıdır Mustafayev küçələrinin kəsişməsində, Capsella mağazasının yaxınlığında 2 mərtəbəli yaşayış evində Yasamal rayon polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində 30 nəfərdən çox insan tutularaq polis maşınları ilə naməlum istiqamətlərə aparılıb.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının o ərazidə yaşayan sakinlərdən öyrəndiyi məlumata görə, çox böyük ehtimalla tutulanlar nurçular olub. Onların yaşadıqları mənzillərdən xeyli sayda dini kitablar da müsadirə edilib.

Gecə vaxtı olduğundan hadisənin təfərrüatları barədə Dini Qurumlarla iş üzrə Dövlət komitəsindən məlumat öyrənə bilmədik.

Yasamal rayon polis idarəsinin növbətçisi isə baş verən hadisəni təsdiq etmədi. Ancaq əməkdaşımızın verdiyi məlumatların və hadisə yerindən qaranlıqda çəkdiyi şəkillərin doğruluğunu nəzərə alaraq materialı dərc etmək qərarına gəldik.

Hadisənin növbəti gedişatı haqda məlumat verəcəyik.


Teqlər:





Xəbər lenti