“QHT ziyarətləri” davam edir

“QHT ziyarətləri” davam edir
  08 Aprel 2022    Oxunub:955
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT ziyarətləri” layihəsinin icrasını davam etdirir. Layihənin məqsədi qeyri-hökumət təşkilatlarını və onların resurslarını daha yaxından öyrənmək, həmin qurumların işçi heyəti və fəalları ilə görüşmək, həyata keçirdikləri layihə və proqramları yerində nəzərdən keçirmək, habelə onları qayğılandıran məsələləri və vətəndaş cəmiyyətinin gələcək inkişaf prespektivlərini birgə müzakirə etməkdir.
Bu həftə ərzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin ofisləri ziyarət edilib.


“QHT ziyarətləri”ndə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı iştirak ediblər.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev qonaqları salamlayaraq təşkilat və onun fəaliyyəti ilə bağlı onlara geniş məlumat verib, həyata keçirilən işlərdən söz açıb.Daha sonra təşkilatın iş şəraiti ilə qonaqları tanış edib.


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da rəhbərlik etdiyi qurumda qonaqlara ətraflı məlumat verərək, ofisin sığınacaq kimi fəaliyyət göstərdiyini, burada məskunlaşan qadınların peşə bacarıqlarının artırılması məqsədilə müxtəlif kurslar təşkil edildiyini, uşaqların təhsil almalarına xüsusi diqqət ayrıldığını, könüllü müəllimlərin sığınacaqdakı uşaqlara ingilis dili dərsləri aldığını, habelə 40 tələbənin sığınacaqda praktika keçdiyini vurğulayıb.


Agentliyin icraçı direktoru Aygün Əliyeva hər iki QHT-nin ofisinə ziyarətin əhəmiyyətini qeyd edərək, təşkilatların həyata keçirdiyi fəaliyyətlərlə yerində tanışlığın faydalı olduğunu, onlarla fərdi qaydada müzakirələr aparmağın QHT sektorunun inkişafına öz töhfəsini verdiyini bildirib.


Teqlər:





Xəbər lenti