DİN: "Sosial şəbəkələrdə yayılan videoda məxfilik pozulmayıb"

      DİN:    "Sosial şəbəkələrdə yayılan videoda məxfilik pozulmayıb"
  12 Aprel 2022    Oxunub:715
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ötən il Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində törədilmiş qətldən sonrakı vəziyyəti əks etdirən görüntülərin yayılmasına münasibət bildirib.
Yayılan görüntünün haradan və kimlər tərəfindən əldə edilməsi ilə bağlı “Qafqazinfo”ya açıqlama verən DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov qeyd edib ki, sözügedən görüntülərin yayılmasında heç bir problem yoxdur və burada məxfilik rejimi pozulmayıb:

“Belə ki, hadisədən sonra mərhumun yaxınları arasında yaranmış bəzi anlaşılmazlıqlara son qoymaq məqsədilə həmin görüntülər onlara təqdim edilib və bununla da onlarda yaranmış narahatlıqlar aradan qaldırılıb. Eyni zamanda, videomüşahidə kamerasının görüntüləri məhkəməyə də təqdim edilib.

Odur ki, bir daha qeyd etmək istəyirəm ki, görüntülərin sosial şəbəkələrdə yayılması heç bir narahatlıq doğurmur”, - DİN rəsmisi əlavə edib.



AzVision.az



Teqlər:





Xəbər lenti