Polisdən tibbi maskalarla bağlı vətəndaşlara müraciət

Polisdən tibbi maskalarla bağlı vətəndaşlara müraciət
  15 Aprel 2022    Oxunub:1129
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, paytaxtda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə infeksiya riski yüksək olan ünvanlarda, ictimai nəqliyyatda – metropolitenində, avtobuslardavə piyada keçidlərində, nəzarət-profilaktik tədbirlər davam etdirilir.

"Polis tərəfindən metrostansiyalarda, piyada keçidlərindı, avtobuslarda tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, əsassız bəhanələr gətirən insanlara koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbirləri tətbiq olunur.

Vətəndaşlardan bir daha xahiş edirik ki, infeksiyasının yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, infeksiya riski olan yerlərdə özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar", - məlumatda qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti