“Özünüzü vicdan həkiminə göstərin” – Mirşahindən ikinci müraciət

   “Özünüzü vicdan həkiminə göstərin” –    Mirşahindən ikinci müraciət
  17 Aprel 2022    Oxunub:1788
Tanınmış jurnalist, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mirşahin öz müəllif proqramında yaradıcı insanlara növbəti dəfə müraciət edib. Fikirlərini rəmzi olaraq Laçında, dağılmış bir evin qarşısında səsləndirən jurnalist həftə ərzində bu mövzuda irəli sürülən bəzi arqumentlərin də əsassız olduğuna diqqət çəkib.
- Deyirsiniz ki, ədəbiyyat sifarişlə olmur. Başa düşürsünüzmü, nə qədər dəhşətli bəyanat verirsiniz?! Tərcümə edirəm: belə çıxır ki, Qələbə - sizin içinizin sizə sifariş vermədiyi çağırışdır, hə?! Deməli siz Qarabağı içinizin sifarişinə çevirə bilməmisiniz hələ?! Vicdanınızın, mənəviyyatınızın, əxlaqınızın sifarişinə çevirə bilməmisiniz?! Üzr istəyirəm, bağışlayın, onda sizin o vicdanınız, mənəviyyatınız, əxlaqınız kimə lazımdır?!,- Mirşahin sual edib.




Teqlər:





Xəbər lenti