Avropaya bu il 3,5 mlrd. kubmetr qaz ixrac edilib

Avropaya bu il 3,5 mlrd. kubmetr qaz ixrac edilib
  12 May 2022    Oxunub:1276
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə qaz satışı 7,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur.
Energetika Nazirliyindən AzVision.az -a verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında Türkiyəyə 2,9 milyard kubmetr, Avropaya 3,5 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Bu dövrdə BTC boru kəməri sisteminə 36 milyon kubmetr qaz verilib. Məlumata görə, Türkiyəyə Trans-Anadolu boru kəməri (TANAP) ilə bu müddətdə 2 milyard kubmetrə yaxın qaz nəql olunub.

Qeyd olunur ki, cari ilin 4 ayı ərzində ölkədə 15,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,6 milyard kubmetri “Azəri-Çəraq-Günəşli” yataqlar blokundan, 8,5 milyard kubmetri “Şahdəniz” qaz-kondensat yatağından, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz, yəni 2 milyard kubmetrə yaxın artımla qaz hasil edilib.

AzVision.az



Teqlər: Qaz  





Xəbər lenti