“Renault”un Rusiya aktivləri dövlət mülkiyyətinə keçdi

   “Renault”un Rusiya aktivləri dövlət mülkiyyətinə keçdi
  16 May 2022    Oxunub:1081
“Renault” Rusiya zavodunun səhmləri Moskva şəhərinə, “Renault”un “Avtovaz”dakı payı NAMI institutuna (Sənaye və Ticarət Nazirliyinin tabeliyində Elmi-Tədqiqat Avtomobil İnstitutu- Red) verilib. AzVision.az xəbər verir ki, hər iki əməliyyat Rusiyanın Federal Antiinhisar Xidməti tərəfindən təsdiqlənib.
Aktivlərdəki paylar aşağıdakı kimi bölüşdürüləcək: Moskva hökuməti Renault Russia QSC-nin səhmlərinin 100%-nə, Avtovaz avtokonserninin səhmlərinin 67,69%-nə sahib olacaq.

Eyni zamanda, “Avtovaz” zavodlarda “Lada” avtomobillərinin bütün markalarını istehsal etməyə davam edəcək. İstehsalçı həmçinin Rusiya bazarında Renault avtomobillərinə texniki xidmət göstərəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Renault  





Xəbər lenti