Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə olunub

  Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə olunub
  23 May 2022    Oxunub:2407
Prezident İlham Əliyev, Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı bildirib. Dövlət başçısı Bürüsseldə həmçinin həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı tərəflərin razılığa gəldiyini bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.

AzVision.az



Teqlər: Brüssel   Zəngəzur  





Xəbər lenti