Gürcüstanda azərbaycanlılar məscidə od vurdular
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, qohumlar-40 yaşlı Nüsrəddin Xıdırov ilə 30 yaşlı Oruc Əmiraslanov mübahisə ediblər. Sonra toy evinin yaxınlığında yerləşən ibadət yerində Oruc Nüsrəddinin kürəyinə bıçaqla zərbə vurub.
Nüsrəddin Xıdırov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Qatil ailəsi ilə birlikdə kənddən qaçmış, mərhumun qohumları isə məscid kimi tanınan ibadət yerinə od vurub yandırıblar.
Hadisə ilə əlaqədar cinayət işi açılmışdır, araşdırma aparılır.
Teqlər: