İtaliya qaz asılılığını azaltmaq üçün Azərbaycana müraciət edib

   İtaliya qaz asılılığını azaltmaq üçün Azərbaycana müraciət edib
  27 May 2022    Oxunub:1116
Romanın Rusiya qazından asılılığını azaltmaq yarışında italiyalı nazirlər Azərbaycana müraciət ediblər.
Bu barədə “Al Jazeera” telekanalının saytı yazıb. Qeyd edilir ki, İtaliya rəsmiləri bu problemin həlli üçün həmçinin Konqo, Anqola və Qətər kimi bir çox ölkələrlə danışıqlar aparırlar.

Keçən il qaz idxalının təxminən 40 faizini Rusiyadan təmin edən İtaliya Ukraynada münaqişə kəskinləşdikcə enerji təchizatı kompleksini şaxələndirməyə çalışıb. Əlcəzairdə qaz yataqlarının işlənməsini sürətləndirmək cəhdlərinin əsas səbəbi Rusiyadan uzaqlaşmaqdır:

"İtaliyanın enerji nəhəngi “Eni” Əlcəzairin qaz təchizatını artırmaq üçün müqavilə imzalayıb. “Eni” və Əlcəzairin “Sonatrach” dövlət şirkəti, Roma Rusiya karbohidrogenlərindən asılılığını azaltmaq üçün yeni yollar axtararkən Şimali Afrika ölkəsində həm qaz kəşfiyyatını, həm də yaşıl hidrogenin inkişafını artırmaq üçün razılığa gəliblər".

Razılaşma İtaliyanın Baş naziri Mario Draqinin Əlcəzairə səfərindən bir neçə həftə sonra Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun Romaya dövlət səfəri zamanı əldə edilib.

"Hər dəfə hasilat artdıqca, biz onu İtaliyaya tədarük edə biləcəyik, o da onu Avropanın qalan hissəsinə göndərə bilər", - Tebbun İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdən sonra deyib.

“Elektrik enerjisinə gəlincə, biz italyan dostlarımızla Əlcəzairdən İtaliyaya sualtı kabel çəkməyə razılaşdıq”, - o əlavə edib.

AzVision.az



Teqlər: Qaz  





Xəbər lenti