Nazir müavini: "Azərbaycanda enerji qiymətləri aşağıdır"

      Nazir müavini:    "Azərbaycanda enerji qiymətləri aşağıdır"
  02 İyun 2022    Oxunub:1745
Qarabağ və Zəngəzur iqtisadi zonasında enerji bərpa olunan enerji hesabına təmin olunacaq. Böyük binalarda mənzillərdə mərkəzi isitmə və soyutma sistemləri olacaq. AzVision.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Qarabağda 45 hidroelektrik stansiyasının 5-i artıq bərpa olunub, 18 kiçik SES-lərin bərpası üçün investisiyaların yatırılması nəzərdə tutulur:

"Qarabağda təbii qazdan istifadə olunacaq, lakin bu məhdud çərçivədə olacaq. Əsas xətlərə yaxın yaşayış məntəqələrində təbii qaz olacaq. Digər qəsəbələrdə yaradıcı digər faktorlardan istifadə olunacaq. Bu bərpa olunan enerji və digər həllərə əsasən olacaq".

Azərbaycanda enerji qiymətlərinin aşağı olduğunu deyən nazir müavini bildirib ki, gələcəkdə ölkədə investorların hesabına "Yaşıl enerji"yə keçid planlaşdırılır.

Aytən Zəhra
AzVision.az



Teqlər: Enerji  





Xəbər lenti