AÇG-dən hasil edilən mənfəət neftinin 59 %-i Azərbaycanın payına düşüb

   AÇG-dən hasil edilən mənfəət neftinin 59 %-i Azərbaycanın payına düşüb
  03 İyun 2022    Oxunub:1089
"Azəri-Çıraq-Günəşli" yatağının dərinlikdə hissəsində olan 137 quyudan gündəlik 59 min ton, 40 milyon mub metr qaz hasil edilir. İndiyə qədər yataqdan 553 milyon ton neft, 190 milyard kub metr qaz hasil edilib. AzVision.az xəbər verir ki, bunu SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Forumunun ikinci günündə çıxışı zamanı deyib.
O bildirib ki, 2022-ci ilin mayın 1-dək Azərbaycanın payına düşən "mənfəət nefti" 325 milyon ton olub:

"Bu da 59 % təşkil edir. Son illərdə Azərbaycanın "mənfəət nefti" 73 faizdən çoxdur. Mayın 1-ə olan məlumata əsasən, dünya bazarlarına 628 milyon ton Azərbaycan nefti ixrac edilib ki, bunun da 458 tonu Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunub".

X.Yusifzsdə qeyd edib ki, bu günə qədər TANAP vasitəsilə 16 milyard Şahdəniz qazı Türkiyəyə nəql edilib:
"Eyni zamanda TAP vasitəsilə 1,13 milyard qaz ixrac edilib ki, bunun da 9,7 milyard kub metri İtaliya, 1,3 milyard kub metri Yunanıstan, 0,3 milyard kub metri isə Bolqarıstana ixrac edilib".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti