Xəzərdə külək elektrik stansiyalarının xəritəsi hazırlanır

   Xəzərdə külək elektrik stansiyalarının xəritəsi hazırlanır
  03 İyun 2022    Oxunub:1093
Xəzər dənizinin Azərbaycan sektorunda külək elektrik stansiyalarının mümkün yerlərinin xəritəsi hazırlanıb.

AzVision.az xəbər verir ki, bunu Dünya Bankının (DB) bərpa olunan enerji üzrə baş mütəxəssisi Şon Uittaker Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
“Bu xəritədə, həmçinin, küləyin sürəti və elektrik enerjisi istehsalının proqnozu, daşınma imkanları və bir sıra digər meyarlar haqqında məlumatlar əks olunub”, - deyə o bildirib.

Ş.Uittaker qeyd edib ki, Azərbaycanın külək enerjisi istehsal gücü 157 giqavatt səviyyəsində qiymətləndirilir. Onun sözlərinə görə, külək stansiyalarının layihələndirilməsi, quraşdırılması və istismarı prosesi çox mürəkkəbdir, lakin yol xəritəsində dənizdə külək enerjisinin potensialını reallaşdırmaq üçün görülməli olan tədbirlər öz əksini tapıb.

AzVision.az


Teqlər:





Xəbər lenti