Bu ilin dövlət büdcəsinə yenidən baxılacaq

 Bu ilin dövlət büdcəsinə yenidən baxılacaq
  04 İyun 2022    Oxunub:1472
27 may 2022-ci il tarixində cənab Prezident İlham Əliyevin Zəngilan rayonunda çıxışı zamanı iqtisadiyyatımızın mövcud müsbət nəticələrini nəzərə alaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı Hökumətə verdiyi tapşırıqdan irəli gələrək İqtisadi Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən AzVision.az -a verilən xəbərə görə, iclasda cari ilin ötən dövrü üzrə iqtisadi vəziyyət, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) və digər cari məsələlər geniş müzakirə olunub.



İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Maliyyə naziri Samir Şərifovun, eləcə də Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib. 2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün cənab Prezidentə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

AzVision.az



Teqlər: Büdcə  





Xəbər lenti