Neftin qiyməti 85 dollar səviyyəsində nəzərdə tutulacaq

   Neftin qiyməti 85 dollar səviyyəsində nəzərdə tutulacaq
  20 İyun 2022    Oxunub:763
Azərbaycanda büdcə dürüstləşdirilməsi zamanı neftin qiyməti 85 dollar nəzərdə tutulacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində qeyd olunub.

Sənəddə bildirilib ki, qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri nəzərə alınaraq, iqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barrelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları səviyyəsində götürülüb.

Belə ki, bu ilin 5 ayında “Azeri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, bundan əvvəl büdcədə neftin bir barrelinin qiyməti 50 ABŞ dolları səviyyəsində götürülmüşdü.

AzVision.az


Teqlər:





Xəbər lenti