Neft və qazdan əldə olunan gəlirlər bərabərləşib - Azərbaycanda ilk

   Neft və qazdan əldə olunan gəlirlər bərabərləşib -    Azərbaycanda ilk
  20 İyun 2022    Oxunub:1219
Ötən 5 ay ərzində Azərbaycanda Ümum Daxili Məhsulun həcmi 50 milyard manatı, qeyri-neft sektorunun istehsalı həcmi isə 25 milyard manat keçib.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, ilk 5 ay ərzində ÜDM-nin artım tempi 7,5 faiz, qeyri-neft sektorunun artım tempi isə 11,2 faiz olub: “Bu, son 12 ilin ən böyük rəqəmləridir. Azərbaycanda iqtisadiyyatın bu tempdə inkişaf etməsi, belə bir dinamikaya malik olması aparılan islahatlar, həm düzgün iqtisadi siyasət, həm də bu gün yaranan ümumi konyunkturanın ölkə iqtisadiyyatının Azərbaycan iqtisadiyyatının xeyrinə işləməsi ilə bağlı olan məsələlərdir. Biz ötən il dövlət büdcəsini qəbul edərkən neftin bir barelinin qiymətini 50 dollar nəzərə almışdıqsa, hazırda bu ilin ilk 5 ayı ərzində “Azerilight” markalı neftin bir barelinin qiyməti 106 dollar həcmində olub”.

Komitə sədri qeyd edib ki, bu il ilk dəfə olaraq ilin 5 ayı ərzində Azərbaycanın neft ixracından əldə etdiyi valyuta gəlirləri ilə qaz ixracatından əldə etdiyi valyuta gəlirləri demək olar ki, bərabarələşib: "Bu, tarixdə ilk dəfə dəfə baş verib. Bu həm də qazın qiymətlərinin yüksək olması ilə bağlıdır. Bu ilin 5 ayı ərzində Mərkəzi Bank tərəfindən bizə təqdim olunan tədiyyə bazarında neft ixracından 3,8 milyard dollara yaxın, qaz ixracından 3,5 milyard dollar yaxın gəlir əldə olunub”.

AzVision.az



Teqlər:





Xəbər lenti