"İnflyasiya 12,5 faiz səviyyəsində proqnozlaşdırılır" - Samir Şərifov

   "İnflyasiya 12,5 faiz səviyyəsində proqnozlaşdırılır" -    Samir Şərifov
  20 İyun 2022    Oxunub:876
"2022-ci ilin ötən 5 ayının makroiqtisadi göstəriciləri və dövlət büdcəsinin icrası üzrə əldə edilmiş müsbət dinamika, digər tərəfdən, ehtimal olunan risklər nəzərə alınmaqla, ölkənin makroiqtisadi proqnozlarına yenidən baxılıb".
AzVision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, cari ilin sonuna ümumi daxili məhsulun (ÜDM) nominal ifadədə 115,4 milyard manata, real artım sürətinin 5,5 faizə, o cümlədən qeyri-neft ÜDM-nin nominal ifadədə 65,7 milyard manata qədər artacağı, həmin dövr ərzində orta illik inflyasiya isə 12,5 faiz səviyyəsində proqnozlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti