Bakı-Tbilisi-Qars gələn ildən işə düşəcək
- Onsuz da biz Avropa ilə Asya arasında olan bir ölkəyik. Dəmir yolları ilə, avtomobil yolları ilə, hava nəqliyyatı ilə biz öz mərkəzi rolumuzu daha da artıracağıq. Bakı-Tbilisi-Qars tarixi layihədir. Azərbaycanın payına düşən tikinti işləri artıq bu ilin sonuna qədər tamamlanacaq və ümid edirəm ki, gələn ildən başlayaraq bu yol tamamilə açıla bilər. Beləliklə, Asya ilə Avropanı birləşdirən ən rahat, qısa yol Azərbaycandan keçəcək, - Prezident İlham Əliyev qeyd edib.
Teqlər: