Energetika naziri Təhlükəsizlik xidməti tərəfindən axtarılır

Energetika naziri Təhlükəsizlik xidməti tərəfindən axtarılır
  24 Aprel 2014    Oxunub:1442
Söhbət Ukraynanın sabiq energetika nazirindən gedir.
Ukraynanın Təhlükəsizlik Xidməti ölkənin sabiq Energetika və Mədən Sənayesi naziri Eduard Stavitski barəsində cinayət işi açıb. AzVision.az-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Stavitski vəzifələrindən sui istifadə edərək mülkləri qanunsuz olaraq ələ keçirməkdə ittiham olunur.

Qeyd edək ki, polis mart ayında sabiq nazirin evində axtarışlar aparıb. Axtarışlar zamanı onun evindən 42 kiloqram qızıl, 4, 8 milyon dollar nağd pul, qızıl və zinət əşyaları müsadirə edilib.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti