Bloomberg: “İraq nefti alıcısız qalıb”

      Bloomberg:  “İraq nefti alıcısız qalıb”
  27 İyun 2022    Oxunub:1837
İraq nefti Basrah Medium (uzunmüddətli müqavilələr əsasında) və ya Basrah Heavy (spot bazarda) son vaxtlar Asiyada alıcı tapmayıb.
AzVision.az xəbər verir ki, bu barədə Bloomberg neft treyderləri arasında olan mənbələrə istinadən xəbər verir.

Nəşr əlavə edib ki, əvvəllər bu növ nefti Hindistan və Çin alırdı. Lakin bu yaxınlarda həmin ölkələr Rusiyadan yanacaq tədarükünə keçiblər. Basrah Medium və Heavy nefti İraqın əsas ixrac yanacağıdır. Əgər tədarük həcmlərində azalma olarsa, bu, OPEK-də də özünü göstərəcək.

Artıq İraq, yanacağına böyük endirimlər edən Rusiyaya güzəştə gedərək Asiya neft bazarında mövqeyini itirməyə başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti