Kömür qiymətləri Avropa və Asiyada rekord bahalaşdı

Kömür qiymətləri Avropa və Asiyada rekord bahalaşdı
  27 İyun 2022    Oxunub:1508
Kömürün qiyməti Asiya bazarında rekord həddə çatıb və ilk dəfə olaraq ton üçün 400 dolları keçib.
AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” IHS Markit-ə istinadən məlumat yayıb. Belə ki, Avstraliyanın Nyukasl limanında kömürün spot qiymətləri ton üçün 402,5 dollara çatıb. “Bloomberg” kömür qiymətlərinin qalxmasını qlobal bazarda yanacaq qıtlığı ilə əlaqələndirir.

Eyni zamanda, iyul ayında Avropaya çatdırılan kömür partiyası cümə günü bir ton üçün 421 dollara satılıb ki, bu da bu region üçün tarixi maksimumdur.

AzVision.az


Teqlər:





Xəbər lenti