Gənclərə sosial şəbəkələrlə bağlı təlim keçirilib

Gənclərə sosial şəbəkələrlə bağlı təlim keçirilib
  24 Aprel 2014    Oxunub:1174
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Yeni media və sosial şəbəkələrdə gənclərin ictimai məsuliyyətinin artırılması” layihəsi çərçivəsində internetdə və sosal şəbəkələrdə aktiv olan, amma ictimai və hüquqi məsuliyyət baxımından problemləri olan yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün “Sosial şəbəkələrdə və yeni mediada düzgün iiştirak” mövzusunda təlim keçirir.

Bu barədə ictimai birlikdən məlumat verilib.

Təlim Bakı Slavyan Universitetində, müxtəlif universitetlərdən olan tələbələrin və QHT nümayəndələrinin iştirakı ilə keçirilib. Burada gənclərin ictimai məsuliyyət hissinin inkişafı, hüquqi məsuliyyət hissinin artırılması və formalaşması baxımından bilgilər və vərdişlər aşılanıb. Onlara bu barədə mövcud olan mənbələr, qanunvericilik və hüquqi tənzimləmələr və etik davranış qaydaları izah edilib və multimedia vasitələri ilə göstərilib.


Teqlər:





Xəbər lenti