"Direktorlar var ki, maaşı 300 manatdan aşağı göstərilir"

   "Direktorlar var ki, maaşı 300 manatdan aşağı göstərilir"
  30 İyun 2022    Oxunub:1662
"Bu gün bağlanan əmək müqavilələrinin 40 faizi minimum əmək haqqı ilə bağlıdır".
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə deyib. O bildirib ki, əslində əmək müqaviləsində qeyd olunan rəqəm realda olan gəlir deyil:

"Məsələn işəgötürən əmək müqaviləsində 250 manat göstərir, amma təqdim vahid bəyannamədə göstəridiyi gəliri daha çoxdur. Əmək müqabiləsində göstırilən real əmək haqqı deyil".

Qeyd edib ki, bu gün 16 mindən aktiv müqaviləsi sayı var ki, orada rəqəm 300 manatdan aşağıdır:

"Amma bilirik ki, bu gün 300 manatdan aşağı əmək haqqı yoxdur. Reallıqda işəgörürən işçiyə 500-1000 manat verib, əmək müqaviləsində aşağı göstərirsə, bunu fəaliyyət göstərdiyi sahəyə uyğun müəyyənləşdirə bilirik. Onun fəaliyyət göstərdiyi sahə və regiona uyğun olaraq bilirik ki, bu, düzgün deyil. Bu gün direktorlar var ki, əmək haqqısı 300 manatdan aşağı göstərilir. Biz bildiriş göndəririk və qanunvericilik çərçivəsində nəzarət tədbirləri həyata keçirilir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti