ABŞ tənəzzül riskilə üzləşib – BVF

   ABŞ tənəzzül riskilə üzləşib –    BVF
  13 İyul 2022    Oxunub:1295
Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ-da istehlak xərcləri indeksinin azalmasına əsaslanaraq, iqtisadi tənəzzüldən yayınmağın getdikcə daha çətin olacağını proqnozlaşdırır. Qurumun sonuncu hesabatında ABŞ iqtisadiyyatının 2022-ci ildə gözlənilən artım tempi 2,9 %-dən 2,3 %-ə endirilib.
Gələn il üçün real ÜDM-in artımı ilə bağlı gözləntilər isə 1,7 %-dən 1,0 %-ə qədər azaldılıb. BVF-nin hesabatında deyilir ki, inflyasiyanın cövlan etməsi “həm ABŞ, həm də dünya iqtisadiyyatlı üçün sistem xarakterli risklər yaradır”.

Qurumun ekspertlərinə görə, belə vəziyyətdə həm əhalinin qazancının, həm də qiymətlərin artımını aşağı salmaq lazımdır ki, tənəzzülə aparan proseslər sürətlənməsin. Amma bunu etmək asan olmayacaq.

Bu məqsədlə ABŞ-ın Federal Ehtiyatlar Sisteminə (FES) tövsiyə olunur ki, pul-kredit siyasətini tənzimləmək yolu ilə bu ilin dördüncü rübündə gözlənilən 6,6%-lik inflyasiyanı gələn ilin dördüncü rübünə qədər 1,9%-ə qədər azaltsın. Bu, ölkənin iqtisadi artımını daha da buxovlayacaq, amma əvəzində ABŞ tənəzzüldən yayınmaq şansı qazana bilər.

Bundan başqa, BVF ABŞ hökumətinə tənəzzüldən qaça bilmək üçün ticarət məhdudiyyətlərini və yüksək tarifləri ləğv etməyi məsləhət görür.

Samir Quliyev
AzVision.az



Teqlər: ABŞ   İqtisadiyyat  





Xəbər lenti