Finlandiyada inflyasiya rekord həddə çatıb

   Finlandiyada inflyasiya rekord həddə çatıb
  14 İyul 2022    Oxunub:937
Finlandiyada iyunda inflyasiya 7,8%-ə qədər artıb ki, bu da son 38 ildə ilk dəfə rekord göstəricidir.
Bunu ölkənin statistika idarəsinin məlumatları sübut edir. Qeyd olunub ki, Finlandiya statistikası tərəfindən hesablanan istehlak qiymətlərində illik dəyişiklik iyun ayında 7,8% təşkil edib. May ayında inflyasiya 7,0% olub.

Qeyd olunub ki, inflyasiyanın artması yanacaq və elektrik enerjisinin bahalaşması ilə bağlıdır. Eyni zamanda, istehlak qiymətləri 2021-ci illə müqayisədə benzinin, dizel yanacağının qiymətinin artması və əsaslı təmir işlərinin qiymətlərinin əhəmiyyətli dərəcədə yüksəlməsi hesabına daha çox artıb.

Nəşr qeyd edib ki, ilkin hesablamalara görə, 2022-ci ilin iyununda Avropa İttifaqında inflyasiya 8,6% səviyyəsində olub.

AzVision.az



Teqlər:





Xəbər lenti