Narkotik satan 27 nəfər saxlanılıb

Narkotik satan    27 nəfər    saxlanılıb
  10 Sentyabr 2022    Oxunub:758
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında son 1 həftə ərzində “Əhmədli”, “NZS”, “Həzi Aslanov” qəsəbələri, Mirzə Davud, Məhəmməd Hadi küçələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 27 nəfər saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin istifadəsi ilə yanaşı qeyd edilən ərazilərdə satışını təşkil ediblər.

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər: Narkotik  





Xəbər lenti