Türkiyə Rusiyadan qaz idxalını kəskin azaldıb

   Türkiyə Rusiyadan qaz idxalını kəskin azaldıb
  06 Oktyabr 2022    Oxunub:913
“2022-ci ilin iyul ayında Türkiyə Rusiyadan ötən aya nisbətən 37,2% az qaz alıb”.
AzVision.az -ın məlumatına görə, bu barədə “Anadolu” agentliyi Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatına istinadən xəbər verir.

“İyun ayında Türkiyə ən böyük həcmdə təbii qazı Rusiyadan alıb – 1,448 milyard kubmetr. İyulda Rusiyadan qaz idxalı 37,2% azalıb”, - deyə idarədən bildirilib.

Agentliyin məlumatına görə, Türkiyə 2022-ci ilin iyul ayında təxminən 3,411 milyard kubmetr təbii qaz idxal edib. Bu, ötən ilin iyul ayı ilə müqayisədə 15,7% azdır.


AzVision.az



Teqlər:





Xəbər lenti