Çin Azərbaycanın tezliklə ÜTT-yə üzv olmasını istəyir

   Çin Azərbaycanın tezliklə ÜTT-yə üzv olmasını istəyir
  23 Aprel 2025    Oxunub:357
Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasını dəstəkləyir.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Sədri Si Cinpin imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da bildirilir.

Sənədə əsasən, tərəflər dünya iqtisadi düzənində baş verən dəyişiklikləri daha yaxşı əks etdirmək üçün beynəlxalq maliyyə arxitekturasında islahatın təşviqini dəstəkləyirlər.

Bununla yanaşı, tərəflər ticarət və investisiyaların liberallaşdırılmasını və sadələşdirilməsini dəstəkləyir, unilateralizm və proteksionizm, despotizm və dünya ticarəti qaydalarının pozulmasının əleyhinə çıxırlar, birgə rifah naminə çoxtərəfli ticarət sistemini birgə səylərlə müdafiə edirlər.

AzVision.az



Teqlər:





Xəbər lenti