Azərbaycan və Çin qarşılıqlı Mədəniyyət günləri keçirəcəklər

   Azərbaycan və Çin qarşılıqlı Mədəniyyət günləri keçirəcəklər
  23 Aprel 2025    Oxunub:396
Azərbaycan və Çin mədəni və yaradıcı kollektivlər xətti üzrə əməkdaşlığı təşviq edəcək, xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək və sivilizasiyalararası mübadiləni təşviq etmək məqsədilə qarşılıqlı Mədəniyyət günlərinin keçirilməsini dəstəkləyəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Sədri Si Cinpinin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da qeyd olunub.

Bildirilib ki, tərəflər həmçinin müxtəlif kanallar vasitəsilə qarşılıqlı tələbə mübadiləsini davam etdirmək, Azərbaycanda Konfutsi İnstitutlarının inkişafına dəstək vermək və təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisini təşviq etmək, habelə iki ölkənin müxtəlif tipli təhsil müəssisələri arasında müxtəlif səviyyəli tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti