Apatiya, həyatdan küsmə Alsgeymerin erkən - əlaməti ola bilər

   Apatiya, həyatdan küsmə Alsgeymerin erkən -    əlaməti ola bilər
  28 Oktyabr 2022    Oxunub:912
60-70 yaşda başlaya biləcək Alsgeymerin incə simptomlarından biri də həyata qarşı etinasızlıq, şəxsi gigiyenaya əməl etməməkdir.
AzVision.az xəbər verir ki, Alsgeymer qocalıq demensiyasının dünyada ən çox yayılmış növüdür.

Xəstə yaddaş problemi yaşaır, ona tanış yerlərdə itir, logik düşüncəni itirir.
Amma bu simptomlar artıq xəstəlik başlayanda görülür, artıq gec olur.


Harvard universitetinin professoru Doren Renç erkən siqnallardan biri kimi, doğmalara, həyata etinasızlıq, ev heyvanlarına ilgisizlik, şəxsi gigiyenaya belə əməl etmək istəyinin itməsini göstərir.

İnsanı təmizkarlıq narahat etmir, geyim düşünmür. Erkən mərhələdə apatiya çox güclənir, insan duş almaq istəmir, nə geyindiyinin fərqində olmur.

Bu apatiyanın səbəbi beyinin alın payında amiloidlərin yığılması ola bilər.

Beyinin bu hissəsi motivasiya, planlama və tapşırıq hissəsinə cavabdehdir.

Alsgeymerdə məhz bu hissədə amiloidlər bir-birinə yapışır, neyronlar arasında tıxanmalar yaradır.
Bu adamların əhvalı dəyişir, səbəbsiz kədərlənir.

AzVision.az



Teqlər:





Xəbər lenti