DSX-nin əsgəri özünü güllələdi

   DSX-nin əsgəri özünü güllələdi
  03 Noyabr 2022    Oxunub:886
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb. Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti